Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:2 hesablı qələbə qazanıb. U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.