Futbol üzrə Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır.

Buna qədər 3 əvəzetməyə icazə var idi.