Bu gün Azərbaycan Region Liqasında 2021/22 mövsümünün final matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda "Xan Lənkəran" "Cəbrayıl"la üz-üzə gəlib. Şamaxı Şəhər Stadionunda oynanılan görüş "Cəbrayıl"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Xan Lənkəran"ın matçın sonlarında hesabı bərabərləşdirməyə yaxın olsa da, Aqşin Paşayev penaltini dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, "Cəbrayıl" Region Liqasının qalibi olub. Komanda iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda mübarizə aparacaq.