Bu gün ölkə çempionatının 26-cı turu start götürəcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun gününə 2 matç nəzərdə tutulub. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

8 may (bazar)

18:00. “Səbail” – “Sabah” 0:2 

Qol: Boyan Letiç, 15, Lukas Rangel, 36
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”

20:15. “Qarabağ” – “Zirə” 0:0 
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”

9 may (bazar ertəsi)

17:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”

19:45. Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.