Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə "Şamaxı" öz meydanında "Səbail"i sınağa çəkib. Oyunda qapılara qol vurulmayıb.

Əsas diqqətlər isə günün ikinci matçına yönəlib. "Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu çempionluğudur.

3 may (çərşənbə axşamı)

 16:30.“Şamaxı” – “Səbail” 0:0 

Şamaxı şəhər stadionu

19:00.“Qarabağ” – “Sabah” 1:1 
Qol: Kadi Borqes, 47, Kristian Da Silva, 60

“Azersun Arena”

4 may (çərşənbə)

17:45.“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

20:00.“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 23 18 4 1 59-11 58
2 Neftçi 24 14 5 5 39-25 47
3 Zirə 24 12 6 6 32-24 42
4 Sabah 24 11 2 11 36-30 35
5 Qəbələ 24 9 8 7 32-33 35
6 Şamaxı 24 5 5 14 25-46 20
7 Sumqayıt 23 3 6 14 13-37 15
8 Səbail 24 4 2 18 17-47 14

Bombardirlər:

Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Tiaqo Bezerra ("Neftçi") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Kadi Borqes ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qo