Aprelin 29-da Bakı Olimpiya Stadionunda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, toplantı saat 13:00-da başlayacaq.

İclasın gündəliyinə birinci divizionda çıxış edən komandalarla bağlı müzakirə, legioner limitinin müzakirəsi, Azərbaycan çempionatında əvəzetmə sayının artırılması məsələsi, AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə və digər məsələlər daxil edilib.