Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun mtaçları baş tutub.

Offsideplus.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə keçirilib.

"Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Ağdam klubu bu gün, sona 4 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" "Səbail"lə səfər matçında xal itirməli idi. Ancaq "ağ-qaralar" görüşdə azlıqda qalmasına baxmayaraq, 1:0 hesablı qələbə qazanıb.

Bu qələbə sayəsində Samir Abasovun komandsı xallarını 47-yə çatdırıb. Paytaxt təmsilçisinin yeni mövsümdə ən azı Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.

Digər oyunlarda "Sabah" evdə "Şamaxı"nı 5:1 hesabı ilə darmadağın edib. "Zirə" isə səfərdə "Sumqayıt"l 1:0 hesabı ilə məğlub edib.

 24 aprel (bazar)

 17:30.“Qəbələ” – “Qarabağ” 0:2 

Qollar: İbrahima Vadji, 6,14
Hakimlər
: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18:30.“Sabah” – “Şamaxı” 5:1

Qol: Coy-Lens Mikels, 11, 29. Zurab Oçiqava, 25. Felipe Santos, 50. Xulio Sezar Rodrigez, 84.  Aleksey İsayev, 89
Hakimlər
: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
“Bank Respublika Arena”

20:00.“Sumqayıt” – “Zirə” 0:1

Qol: David Volkov, 90+1
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
“Kapital Bank Arena”

20:00.“Səbail” – “Neftçi” 0:1 

Qol: Tiaqo Bezerra, 71
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“ASCO Arena"

eee