Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turu başlayıb.

Offsideplus.az  xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Qəbələ" "Sumqayıt"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Digər görüşdə isə Şamaxı" "Qarabağ"ın qonağı olub. Ağdam təmsilçisi bu oyunda rəqibini 8 cavabsız qolla məğlub edib. İbrahima Vadji het-trik, Filip Ozobiç dubl edib.

15 aprel (cümə)

17:00. “Qəbələ” - "Sumqayıt" 1:1 

QOL: Araz Abdullayev, 17, İsnik Alimi, 88
Hakimlər
: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

 

19:30. “Qarabağ” – “Şamaxı" 8:0

Qol: İbrahima Vadji, 8, 16, Ozobiç, 20, 21, İbrahima Vadji, 30, Marko Veşoviç, 38, Kadi Borqes, 45+2, Musa Qurbanlı, 49
Hakimlər:
 Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
“Azersun Arena”