"Qaradağ Lökbatan" klubu Azərbaycan I Divizionunda sona 5 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Offsideplus.az xəbər verir ki, bu, XII turun ilk oyun günündə qeydə alınmış nəticələrdən sonra müəyyənləşib.

Rafael Əmirbəyovun baş məşqçi olduğu kollektiv səfərdə MOİK üzərində 5:0 hesablı qələbə sayəsində xallarını 47-yə çatdırıb. Hazırda Lökbatan təmsilçisinə yalnız 34 xalla 2-ci sırada olan "Şamaxı-2" nəzəri cəhətdən çata bilər. Lakin bu komanda "Şamaxı"nın əvəzedicisi olduğu üçün Premyer Liqada iştirak edə bilməz.

Qeyd edək ki, "Qaradağ Lökbatan"ın vəsiqə qazanması heç də gələn mövsüm Premyer Liqada iştirak edəcəyi anlamına gəlmir. Bundan ötrü AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarı da lazımdır.(report.az)