Bu gün ölkə çempionatının 16-cı turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə bir oyun keçirilib. “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Neftçi"ni geridə qoyaraq turnir cədvəlində yenidən 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah” 2:0

Qol: Hamidu Keyta, 63, 90+3
Hakimlər:
 Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

19 fevral (şənbə)

“Neftçi” – “Keşlə” - 3:1

“Qəbələ” – “Səbail” - 2:0