“Sumqayıt”  qış hazırlıq planı məlum olub


Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhər" təmsilçisi  3-cü dövrənin hazırlıqlarına yanvarın 5-də Sumqayıt şəhərində start verəcək. Komanda hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 12-dən 23-dək Lara bölgəsində yerləşən “Aska Resort” otelində məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərin kimliyi barədə isə məlumat verilməyib.