“Qarabağ” klubunun azarkeş qrupu “İmarət” Azərbaycan Premyer Liqasının 11-ci turunda “Keşlə” ilə matçda (1:0) səsləndirdiyi şüarlarla bağlı bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, azakeş qrupu rəsmi "Feysbuk" səhifəsində yaydığı bəyanatda bildirib:

“İmarət Tayfa”nın dünən keçirilən "Qarabağ" - "Keşlə" matçında “AFFA istefa” şüarları səsləndirməsi Azarkeş qrupumuzun mövqeyidir. Millimiz uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur.Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmə də inikişafımızın tək yoludur. Əlavə olaraq bir daha xatırladırıq ki, Azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən "Qarabağ" FK-dan maliyyələşmir.Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız və yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdür. Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir. İmarət Azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək”.