“Səbail” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin postundan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Dənizçilər"in mətbuat xidməti məlumat yayıb. 

2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

***
Klubun əvəzedicilərinin yeni baş məşqçisi də məlum olub. Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq. O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

Bildirək ki, Səbuhi Həsənov 2018-ci ildən etibarən “Səbail”in U-13 və U-15 yaş qruplarında baş məşqçi, U-19 və "Səbail-2" komandalarında isə köməkçi məşqçi vəzifələrində çalışırdı.