Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

Offsideplus.az-ın məlumatına görə, ikinci oyun günündə iki matç keçirilib. 

Əvvəlcə autsayder "Sabah" "Neftçi"ni qəbul edib. Meydan sahibləri mövsümdə ilk qələbəsini qazanamağa çalışsa da, "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə ardıcıl 3 oyundur qalib gələn "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Bu matçda qapılara qol vurulmayıb. Xallarını 11-ə çatdıran "Qəbələ" yenidən turnir cədvəlində ilk pilləyə yüksəlib.


“Sabah” – “Neftçi” 1:2 

Qol: Ramon Maçado, 20, Mamadu Kane, 78, Aleksey İsayev, 81
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”, 17:00

“Sumqayıt” – “Qəbələ” 0:0 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 19:15