Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" son olaraq "Qəbələ"də çıxış edən Nikolas Raysellə anlaşıb.

Fransalı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı forvard 2020/2021 mövsümündə "Qəbələ"də oynayıb.