Azərbaycan Premyer Liqasında 2021/22-ci illər mövsümünün ilk turu çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" matçında maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın "Neftçimania" azarkeş qrupu açdığı pankartla diqqətləri çəkib. Belə ki, bakılılar üzərində at şəkli və məzar daşında "Xəzər Lənkəran"ın loqosu təsvir edilən pankartı nümayiş etdirib. Üzərində "Böyük oyun getdi, "Böyük oyun" gəldi" sözləri yazılan pankart "Qarabağ"a atmaca kimi anlaşılıb.

Daha sonra həmin pankart yığışdırılıb.

Fotonu təqdim edirik:

b536c394 4e38 4af5 a502 747bd8c90a00