Birinci divizionda çıxış edən "Kəpəz"i yeni mövsümdə də Yaşar Vahabzadə çalışdıracaq.

Offsideplus.az xəbər verir ki, ötən mövsümün sonunda əldə olunan razılığa əsasən təcrübə məşqçi ilə yeni bir illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssisin köməkçiləri - Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də yeni sözləşmə imzalanıb.