“Neftçi”nin Çempionlar Liqasındakı oyunları birbaşa efirlə təqdim olunacaq.

Offsideplus.az xəbər verir ki, Tbilisi “Dinamo”su ilə həm Gürcüstan paytaxtındakı, həm də Bakıdakı oyunları “CBC Sport” telekanalında canlı izləmək mümkün olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.