Ceyms Adeniyi növbəti mövsümdə "Qəbələ"nin uğurları üçün tər tökməyəcək.

Offsideplus.az xəbər verir ki, nigeriyalı forvardın klubla müqaviləsinin müddəti başa çatıb. Rəhbərlik və məşqçilər heyəti 28 yaşlı hücumçunu komandada görmək istəsə də, Ceymsin maliyyə şərtlərini yetirmək əlçatan deyil. Odur ki, Adeniyi yeni klub axtarışına çıxıb. Daha doğrusu, ona maraq göstərənlərlə danışıqlara başlayıb. 

Qeyd edək ki, bəstəboy forvard "qırmızı-qaralar"ın heyətində 2018-19 mövsümündə Premyer Liqada 25 oyunda 10 dəfə fərqlənmiş, ölkə kubokunun qalibi olmuşdu. 2020-21 mövsümündə isə 23 qarşılaşmada 4 dəfə fərqlənib.