"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kameruna qarşı ilk dəfə milli formada rəsmi oyun keçirdim".

Offsideplus.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi millidəki rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Rəsmi debütümdə qələbə qazandıq və buna çox sevinirəm. Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir. Əlbəttə, "Qarabağ"da oynamağımın yığmaya çağırılmağımda böyük təsiri oldu. Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik".

 

Qeyd edək ki, Kabo-Verde Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunu 3:1 hesabı ilə məğlub edib.