"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde yığma komandasına dəvət alıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerun və Mozambik ilə oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, Kabo-Verdenin Kamerunla oyunu martın 22-də, Mozambiklə matçı isə 30-da keçiriləcək.