Yoahim Löv AÇ-2020-dən sonra Almaniya millisindən ayrılacaq.

Artıq indidən təcrübəli mütəxəssisi biu postda kimin əvəzləyici əsas sual hesab olunur.

Offsideplus.az "Kicker"ə istinadla xəbər verir ki, yığmanın yeni baş məşqçisi adına üç real namizəd var. Bunlar "Bavariya"nın çalışdırıcısı Hans Flik, "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann və "Liverpul"dakı əsas söz sahibi Yurgen Kloppdur. 

Naqelsmannın təcrübəsinin azlığı digər iki həmkarı ilə müqayisədə şansını azaldır. Klopp isə İngiltərədə özünü xoşbəxt hiss etdiyini dəfələrlə deyib. Lakin Almaniya millisinin çalışdırmaq təklifinə arxa çevirəcəyi inandırıcı görünmür. Ən real namizəd Flikdir.