"Qarabağ"ın futbolçusu Patrik Andrade Azərbaycan Premyer Liqasının 19-cu turunda "Zirə"yə qarşı səfər oyunu (2:0) barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib. Vurduğu qoldan da söz açan Kabo-Verdedən olan futbolçu komandasının qələbəsində pay sahibi olduğu üçün sevincini gizlətməyib:

"Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. "Zirə" ilə oyun keçmişdə qaldı, indi "Sabah"la matçı düşünürük".