Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən "Neftçi" - "Keşlə" matçında qonaqların köməkçi məşqçisi Azər Bağırov texniki zonadan uzaqlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, buna mütəxəssisin meydançadan çıxan topu əlində saxlayaraq rəqib futbolçu Mbodja verməməsi səbəb olub.

Görüşün baş hakimi Rauf Cabbarov əlini cibinə ataraq, ona qırmızı vərəqə göstərib.