“Sumqayıt” klubu öz akademiyasının yetirməsi olan 2004-cü il təvəllüdlü Sənan Ağayevlə peşəkar müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, 16 yaşlı futbolçu ilə imzalanan anlaşmanın müddəti 3 illikdir. 

Qeyd edək ki, “Sumqayıt” Sənandan öncə akademiyanın daha 5 futbolçusu - Sərvin İsmayılov, Rüstəm Hümbətov, Tural Axverdiyev, Nihad Ağayev və Dünyamalı Sevdimalıyevlə də peşəkar müqavilə imzalamışdı.

senan agayev копия 1613149758