"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi karyerasını yenidən İsrail çempionatında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu yenidən "Hapoel" (Kiryat-Şimona) klubunun maraq dairəsinə düşüb.

 "Sports.walla.co.il" saytı 28 yaşlı forvardın ötən mövsüm çıxış etdiyi komandaya qayıtmağa hazır olduğunu iddia edib.

Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək müqaviləsi var.