Premyer Liqanın 10-cu turu çərçivəsində "Sumqayıt" "Qarabağ" önündə darmadağın oldu - 1:6.

Qonaqların əhval pozğunluğu tək buna görə deyildi.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" bu oyunda əsas heyətin birdən-birə iki üzvünü itirib. Belə ki, 36-cı dəqiqədə Vurğun Hüseynov məcburiyyətdən əvəzlənib, ilk hissədə ayağında ağrılar hiss edən Cəmaləddin Xocaniyazov isə oyunu davam etdirə bilmədiyinə görə 53-cü dəqiqədə meydanda alınıb.

Müdafiəçilərin zədələrinin ciddiyili sabahkı tibbi müayinədən sonra dəqiq bilinəcək.

Qeyd edək ki, Əli Qurbani ilə Süleyman Əhmədov da zədə səbəbindən komandaya kömək edə bilmirlər.

1568300030