"Neftçi" ilə matçın çətin olacağını bilirdik. Bu rəqibə qarşı səfər oyunu hər komanda üçün 2 qat çətinlik yaradıb. Görüşə yaxşı nəticə qazanmaq üçün çıxmışdıq".

Offsideplus.az xəbər verir ki, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov bu sözləri ötən gün baş tutan "Neftçi" ilə matçdan sonra deyib.

Təcrübəli futbolçu "Neftçi"nin UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə qarşılaşmadakı şanslarını dəyərləndirib:

"Qalatasaray" oyunun favoritidir. Hər birimiz istəyirik ki, "Neftçi" növbəti mərhələyə vəsiqə qazansın və ölkənin reytinq xalları artsın".

"Qalatasaray"ın futbolçularının ustalıq səviyyəsi yüksəkdir. "Neftçi" tez zamanda toparlanmalı və oyuna hazır olmalıdır. İnanıram ki, belə də olacaq. Düşünürəm ki, əzmkarlıq və istək sayəsində "Qalatasaray"ı keçmək olar", - deyə Azərbaycan millisinin sabiq üzvü qeyd edib. (Report.az)