Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, qurum rəsmisi iş qaydalarını pozduğuna görə, işdən qovulub.

Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. İnformasiyaya görə, qərarı Ekvador Futbol Federasiyasının Direktorlar Şurası verib.

Qeyd edək ki, quruma müvəqqəti olaraq vitse-prezident Xayme Estrada rəhbərlik edəcək.