"Karantin qaydalarına əməl edirik. Dəyişən heçnə yoxdur. Hər gün eyni proqram: yemək, idman, yemək, yatmaq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin üzvü Nikolas Raysel deyib. 

Fransalı hücumçu koronavirus pandemiyasının ona psixoloji təsir etməsindən bəhs edib:

"Bu, asan deyil. Normalda bu hər gün çöldə məşq edirik, stadionlarda futbol oynayırıq. İndi isə ancaq gözləmək məcburiyyətindəyik. Formada qalmaq üçün nələrsə etməliyik. Bu, çox çətindir. Futbolsuz qalmışıq. Yenidən oynayacağımızla bağlı hansısa qərar və ya tarix yoxdur. Bildiyimiz tək şey var: Diqqətli və sağlam olmalıyıq"