“Matça çox yaxşı hazırlaşmışıq. Komandada yüksək əhval-ruhiyyədədir”.

Bu sözləri Offsideplus.az-a açıqlamasında qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Əhmədova deyib.

Millimizin oyunçusu Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə oynayacaqları oyunu dəyərləndirib:

“Çalışacağıq ki, çox səhv etməyək. Onların tək üstün cəhədi bizdən daha təcrübəli olmaqlarıdır. Dəqiq deyə bilmərəm sabah nə olacaq, amma əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

 

İlkin Sultanlı