Bu gün Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda məğlub olmadığı "Sabah"ı qəbul edib. Bu görüşdə hesab açılmayıb.

Komandalar indiyədək 6 dəfə qarşılaşıblar. 4 oyun "Qarabağ"ın qələbəsi ilə bitib, 2 oyun bərabəliklə yekunlaşıb. “Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Ağdamlılar son 3 qarşılaşmada quru hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası

XIX tur

29 fevral (şənbə)
18:00. “Qarabağ”– “Sabah” 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu