Braziliya yığmasının əfsanəvi futbolçusu Ronaldinyo yenidən “Barselona”ya qayıdır. 

Offsideplus.az xəbər verir ki, o, “Instagram” hesabında bu barədə məlumat paylaşıb:
“Mən evimdəyəm. Bu cür sevgi və hörmətə görə tanrıya minnətdaram. Burada həmişə inanılmaz enerji var. Prezidentlə görüşdüm. Tezliklə xəbəri elan edəcəyik”.
Ronaldinyonun “Barselona”da hansı vəzifədə çalışacağı bəlli deyil. Braziliyalı 2003-2008-ci illərdə Kataloniya klubunun formasını geyinib.