Premyer Liqanın 19-cu turunda bu gün keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" oyunları canlı yayımlanacaq. 

Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq.

 Qeyd edək ki, Qəbələdəki görüş saat 15:00-da, Bakıda matç isə 17:30-da başlayacaq.