Noyabrda Can Pyero Ventura ilə yollarını ayıran İtaliya Futbol Federasiya milli komandaya yeni baş məşqçi təyin edib.

Offsideplus.az xəbər verir ki, bu posta İtaliyanın U-21 yığmasına rəhbərlik edən Luici di Byaco gətirilib.

O, 23 martda Argentina və 27 martda İngiltərə ilə yoldaşlıq matçlarına komandanı hazırlayacaq. Razılaşmanın daha sonra davam edib-etməyəcəyi həmin oyunlardakı nəticələrdən asılı olacaq.

Qeyd edək ki, Luici di Byaco 2013-cü ildən U-21 yığmasına rəhbərlik edirdi.