Zinəddin Zidan karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Le10sport" nəşri fransalı məşqçi ilə "Yuventus" maraqlanır. "Qoca sinyora"nın rəhbərliyi təcrübəli mütəxəssislə danışıqlara başlayıblar.

47 yaşlı məşqçinin "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, hazırda Turin klubuna Maurisio Sarri rəhbərlik edir. Onun müqaviləsi 2021/2022 mövsümünün sonuna qədər davam edir.