Lyuis Hemilton “Mersedes”dən ayrılması haqda danışıb.
Offsideplus.az xəbər verir ki, yeddiqat dünya çempionu sosial şəbəkə hesabından bununla bağlı paylaşım edib:
“13 yaşımdan bəri “Mersedes” həyatımın ayrılmaz hissəsi olub. Ona görə də bu qəbul etmək məcburiyyətində qaldığım ən çətin qərar oldu. Birlikdə əldə etdiyimiz hər şeydən inanılmaz dərəcədə qürur duyuram. Bu illər ərzində işlədiyim hər kəsin zəhməti və fədakarlığına görə çox minnətdaram. Əlbəttə ki, dostluğuna, rəhbərliyinə və liderliyinə görə Totoya təşəkkür edirəm. Birlikdə titullar qazandıq, rekordlar qırdıq və Formula-1 tarixində ən uğurlu sürücü-komanda əməkdaşlığına çevrildik”