Mixael Şumaxerlə saxta müsahibə yayımlayan "Die Aktuelle" nəşrinin redaktoru Enn Hoffman qovulub.

Offsideplus.az xəbər verir ki, daha öncə Şumaxerin ailəsi 7 qat dünya çempionu ilə süni intellekt tərəfindən yaradılmış saxta müsahibəyə görə nəşri məhkəməyə verəcəyini təsdiqləmişdi.

 Jurnal üz qabığında 54 yaşlı keçmiş pilotun şəklini  "Mixael Şumaxer - ilk müsahibə!" başlığı altında yerləşdirib. 

Qeyd edək ki, 2013-cü ildə ağır kəllə-beyin travması alan Şumaxer, 2014-cü ilin iyununda komadan çıxıb və hazırda müalicəsi davam etdirilir.