Dünyaca məşhur musiqiçi, DJ Hardvell bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün Bakıya təşrif buyuracaq.

Offsideplus.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, o, aprelin 29-da çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 aprelə təsadüf edəcək.