4 - 6 iyun tarixlərdində "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutacaq.

Offsideplus.az xəbər verir ki,  "Haas" komandasının pilotu Mik Şumaxer Bakıda keçiriləcək F1 yarışından danışıb:

"Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm. 2019-cu ildə burada "Formula 2"də yarışdım, möhtəşəm idi. Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz".