“Qarabağ”ın UEFA Avropa Liqasının III turunda Ukrananın "Vorskla" komandası ilə keçirəcəyi oyuna şəxsi avtomobilləri ilə gələn azarkeşlər Bakı Olimpiya Stadionunun ictimai dayanacağından yararlana biləcəklər.

Offsideplus.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ictimai avtodayanacaqdan matçın başlamasına 3 saat əvvəl - saat 18:55-dən etibarən istifadə edilə bilər.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.