AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Türkiyədə yerli “Fənərbaxça” və İspaniyanın “Atletik” komandaları arasında keçiriləcək Avropa Liqasının 6-cı tur matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.