"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov "Bodo Qlimt"ə qarşı Avropa Liqasının səfər oyunundan öncə mətbuatı konfransında iştirak edib. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi bu sözləri deyib:

"Aydındır ki, sabah bizi çox çətin oyun gözləyir. Qarşılaşacağımız rəqib həm müdafiədə, həm də hücumda çox balanslı komandadır. Anlayırıq ki, hazırda turnir cədvəlində 0 xalımız var, çalışacağıq ki, oyunda ilk xallarımızı əldə edək və vəziyyəti öz xeyrimizə dəyişək".