"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"lə matçdan sonra oyuna şərh verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Fanatik" yayıb. Mütəxəssis bunları söyləyib:

"Mən bilirəm ki, İngiltərə mətbuatı "Mançester Yunayted"in oyununun pis olduğunu bildirəcək. Məncə, biz əla oynadıq və onlardan daha yaxşı idik. Bizdən bir xal qazandılar deyə bilərik".

Qeyd edək ki, sözügedən çalışdırıcı 2016-2018-ci illərdə "qırmızı şeytanlar"a rəhbərlik edib.