BBC Avropa Liqasının Liqa mərhələsində performansı ilə fərqlənən futbolçuları müəyyən edib.

Offsideplus.az xəbər verir ki, siyahıdakı 12 futbolçu arasında “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da yer alıb: 

"Ötən mövsüm 31, o cümlədən Avropa Liqasında 5 qol vuran braziliyalı hücumçu “Qarabağ”ın heyətində diqqət mərkəzində olacaq. O, Çempionlar Liqasının seçmə mərhələsində 6 qol vuraraq bu mövsümə effektiv başlayıb".

Nüfuzlu Britaniya nəşri Juninyodan başqa, Niko Uilyams (“Atletik”, İspaniya), Jordan Henderson (“Ayaks”, Niderland), Martin Zubimende (“Real Sosyedad”, İspaniya), Aleksandr Lakazett (“Lion”, Fransa), Edin Dzeko (“Fənərbaxça”), Çiro İmmobilenin (“Beşiktaş”) də adını qeyd edib.