"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində "Qarabağ" 3-cü səbətdə yer alıb.
Liqa mərhələsini ilk 8 yerdə başa vuran komanda 1/8 finala vəsiqə əldə edəcək. 9-24 yerlərdə qərarlaşan komandalar pley-offda çıxış edəcək. Pley-offda liqanı 9-16 və 17-24 yerlərdə bitirən komandalar üz-üzə gələcək. 24-cü pillədən aşağıda qərarlaşan komandalar isə Avropa Liqası ilə vidalaşacaq.
Ağdam təmsilçisinin rəqiblərini təqdim edirik:
"Tottenhem" - Qarabağ"
"Qarabağ" - "Ayaks"
"Olimpiakos" - "Qarabağ"
"Qarabağ" - "Lion"
"Qarabağ" - "Malmö"
"Bodo Qlimt" - "Qarabağ"
"Qarabağ" - FKSB
"Elfsburq" - "Qarabağ"