Avropa Liqasında Qarabağ və İngiltərənin Arsenal komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Offsideplus.az Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ - Arsenal oyunu saat 20:55-də başlayacaq.