"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri rekorda imza atıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəsis Avropa Liqasında ən çox qələbə qazanan baş məşqçi olub. O, “Arsenal”ın I turda Ukrayna ”Vorskla”sını 4:2 hesabı ilə məğlub etdiyi matçda 32-ci qalibiyyətinə sevinib. Bu isə rekord göstəricidir.
Buna qədər İspaniyanın “Sevilya” klubu ilə 31 qələbə əldə edən Emeri 2014-2016-cı illər ərzində ardıcıl 3 dəfə Avroliqanın qalibi olub.