“Fənərbağça” klubu UEFA  Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la (Yunanıstan) matça ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər"in kapitanı Məsut Özilin görüşü buraxacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Yarımmüdafiəçinin zədə səbəbiylə “Olimpiakos”la oyunda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, bu gün keçiriləcək “Olimpiakos” - “Fənərbağça” matçı saat 00:00-da başlayacaq.