Bu gün UEFA Avropa Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş tədbirdə əvvəlcə 1/4 finalın cütləri müəyyənləşib.
Püşkatmanın nəticələri:
1/4 final
"Qranada" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Arsenal" (İngiltərə) - "Slaviya" (Praqa, Çexiya)
"Ayaks" (Niderland) - "Roma" (İtaliya)
"Dinamo" Zaqreb (Xorvatiya) - "Vilyarreal" (İspaniya)
Yarımfinal
1. "Qranada" (İspaniya) / "Mançester Yunayted" (İngiltərə) cütünün qalibi - "Ayaks" (Niderland) / "Roma" (İtaliya) cütünün qalibi
2. "Dinamo" Zaqreb (Xorvatiya) / "Vilyarreal" (İspaniya) cütünün qalibi - "Arsenal" (İngiltərə) / "Slaviya" (Praqa, Çexiya) cütünün qalibi
Final
2 cütünün qalibi - 1 cütünün qalibi
Qeyd edək ki, 1/4 finalın ilk görüşləri aprelin 8-də, cavab matçları bir həftə sonra oynanılacaq. Yarımfinal qarşılaşmaları isə 29 aprel - 6 mayda olacaq.
Final oyunu isə mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.